F-1.az xəbər verir ki, Sauber komandası yeni C35-i bu həftə test etməyə başlayıb. Felipe Nasr və Markus Eriksson boliddən razı qalıblar.
Nasr yeni maşın barədə təəssüratlarını bildirib: “C35 ilə mükəmməl bir gün keçirtdik. Səhər tək dövrə üzərində işlədik. Nahardan sonra isə yarış tempində işlədik. Böyük məsafə qət etdik.
Hər şey qaydasındadır, amma hələ çox iş görməliyik. Mənim üçüb testlər bitdi və mən artıq Avstraliya QP-ni gözləyirəm. Artıq məlumatları analiz edəcəyik və yarışa hazırlaşacayıq”.