F.Nasr: “Sauber çətinki xal alsın”

Sauber komandasının sürücüsü Felipe Nasr bildirib ki, komandasının bundan sonrakı yarışlarda xal alması çox çətin məsələdir...

F-1.az xatırladır ki, Nasr Suzukada ancaq Qutyerresi və Manor sürücülərini qabaqlaya bilmişdi. Braziliyalı sürücü növbəti yarışlar üçün də bədbin düşüncədədir: “Həftəsonu bizim üçün çətin keçdi və nəticə bizi məyus etdi. Yarışın əvvəlində Hard təkərlərlə tempimiz güclü idi, amma 11-ci döngədə təkərləri çox sərt blokladım və beləliklə, təkərlərim çox zərər gördü. Ondan sonra temp itirməyə başladım.

İlk pit-stop planlaşdırdığımdan tez oldu. Pitdə də vaxt itirdik və işlər daha da qəlizləşdi. Önümdəki qrup fərqi artırmışdı və mənim üçün tez-tez mavi bayraqlar sallanırdı. Bu da bizim sürətimizi təmiz öldürdü”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*