F-1.az xatırladır ki, Nasrın Force İndia komandasına keçidi gündəmdədir. Buna görə də Sauber komandası ona qarşı sabotaj edir.
Nasr da Ostin yarışından sonra yaşadığı problemlərin qəribə olduğunu demişdi.
Amma braziliyalı sabotaj xəbərlərini təkzib edib: “Komanda olaraq bu problemlərin həlli yollarını axtarırıq. Bəzi qəribə hadisələr baş verdi və səbəbini öyrənməliyik. Bu qədər balanssız bolid görməmişdim. Bunu komandaya da dedim. Amma bu hadisələrin sabotaj olduğunu demək gülməli olar. Bu cür mövzular barədə şərh vermək doğru deyil. Sadəcə buradakı işimə fokuslanıb, ən yaxşı nəticəni almaq istəyirik”.