F.Nasr: “Okonla təmas yarışımızı bitirdi”

Sauber komandasının sürücüsü Felipe Nasr bildirib ki, Əbu Dabi yarışında Esteban Okon ilə təmas yaşadığı üçün yaxşı nəticə ala bilməyiblər.

F-1.az xatırladır ki, braziliyalı yarışa 19-cu yerdən başlamış və yaxşı start alaraq, 5 yer qazanmışdı. Amma 11-ci döngədə Okonla təmas yaşadığı üçün geriyə düşmüşdü. Nəticədə braziliyalı strategiyasını dəyişdirərək yarışı 16-cı yerdə bitirməli olmuşdu.

Felipe Nasr: “Yarışa yaxşı başladım. Manor sürücülərini qabaqlamışdıq və hər şey yaxşı idi. Daha sonra isə Esteban ilə təmas yaşadıq və bolidin altlığı zədələndi. Ön qanadda da problem yarandı və pit-stop etməli oldum.

Bu yarışda vacib olan Mühəndislər Kubokundakı 10-cu yeri qorumaq idi və bunu bacardıq. İl ərzində çətinliklərimiz oldu, amma sonda Manor-u qabaqladıq. Komandadakı bütün işçilərlə yaxşı münasibətim var. Heç kimdən inciməmişəm. Danışıqlarımız davam edir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*