F-1.az xatırladır ki, Force İndia komandası Renault-ya transfer olunan Niko Hülkenberqin əvəzinə sürücü axtarır və bunun üçün bir neçə sürücü ilə danışıqlar aparır.
Okon almaniyalı sürücünü əvəzləmək üçün ən böyük namizəd sayılsa da, Nasr, Qutyerres, Palmer və Eriksson kimi sürücülər də ön plana çıxıblar.
Bob Förnli: “Sürücü siyahımız uzundur. Felipe Nasr da siyahıdadır. Vicey ilə bütün sürücüləri təhlil edirik. Hamımız öz fikrimizi deyəcəyik. Sürətli və təcrübəli sürücü bizim inkişafımıza kömək edəcək.
Hər şeyin ilk toplantıda həll olunmasını gözləmək doğru deyil. Mən sürücü qərarını indi verəcəyimizi düşünmürəm. Yeni qaydalara görə 2017-ci ildə təcrübəli sürücülərlə yarışmalıyıq”.