F.Nasr: “Ferrari mühərriyi ömrünü bağışlayıb”

Sauber komandasının sürücüsü Felipe Nasr bildirib ki, mövsümün əvvəlindən bəri istifadə etdiyi Ferrari mühərriyi artıq ömrünün sonuna gəlib.

F-1.az xatırladır ki, Sauber komandası maddi cəhətdən problemlər yaşayır və Nasr Avstraliya yarışından bəri eyni mühərriklə mübarizə aparır.

Dünən keçirilən sərbəst yürüşlərdən sonra Nasr bildirib ki, onun mühərriyi artıq ömrünün sonuna çatıb: “Avstraliyada istifadə etdiyim mühərriyi istifadə edirəm. Bu Ferrari-nin ilk versiya mühərriyidir və ömrünü bitirib. Bu bizi ləngidir. Birinci və üçüncü sektorlarda rəqiblərimizdən yarım saniyə geridə idik”.

Nasr Silverstoun trası üçün gətiriləcək yeniliklərə güvənmir: “Silverstounda yeni bir ön və arxa qanad və diffüzör istifadə edəcəyik. Bu bizi daha da gücləndirəcək. Amma keçənilki hadisələrdən sonra gözləntilərim böyük deyil”.

Braziliyalı sürücü 2017-ci il planları barədə danışıb: “İlin sonuna kimi müqaviləm var və danışmaq üçün hələ tezdir. İşimi görməyə fokuslanmışam. İndi olduğu kimi ilk seçimim Sauber olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*