F.Nasr: “Arzularım reallaşdı”

Braziliya yarışında mükəmməl performans göstərən Felipe Nasr yarışı 9-cu yerdə bitirib.

F-1.az xatırladır ki, Nasr yarış ərzində pitə girməyib və yalnız qırmızı bayraqlar zamanı təkərlərini dəyişdirib. Braziliyalı sürücü pitə girən rəqiblərini bu yolla qabaqlayıb.

Nasr yarışa son cərgədən başlasa da, əlinə düşən fürsətlərdən maksimum istifadə edərək, 9-cu olub və komandasına bu mövsüm ilk dəfə xal qazandırıb. Beləliklə, Sauber komandası Mühəndislər Kubokunda Manor-u qabaqlaya bilib.

Felipe Nasr: “Mükəmməl gün idi. Arzularımı reallaşdırdım. Öz ölkəmdəki yarışdan 2 xal qazanacağımı ağlıma belə gətirməzdim. Yarışın daha tez bitməsini istəyirdim. Çünki bu xallara ehtiyacımız var idi. Komandama görə çox sevincliyəm. Bu xallar bizə motivasiya verəcək.

Uzun müddət idi ki, Formula1-də xal qazana bilmirdim. Bu cür çətin hava şəraitində sonuncu yerdən başlayıb 9-cu olmaq, qələbəyə bərabər idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*