F-1.az xatırladır ki, Felipe Nasr keçən il Sauber komandası ilə Formula1-də debüt etmişdi. Braziliyalı sürücü mövsümə mükəmməl başlasa da, növbəti yarışlarda Erikssondan geridə qalmağa başlamış və bəzən isveçli sürücü ilə aralarında mübahisələr olmuşdu.
Nasr sonuncu yarışda Eriksson ilə insident yaşamış və bundan sonra braziliyalı bildirmişdi ki, 2017-ci il üçün başqa alternativlərə baxır: “Formula1-ə girəndən sonra reallaşdırmaq istədiyim xəyallarım var idi və hələ də var. Əlimə fürsət düşsə, onları reallaşdıracam. Hazırda hər şey üçün tezdir, amma 2017-ci il üçün bütün alternativləri dəyərləndirdikdən sonra addım atmaq istəyirəm. Hələ ilin ortasındayıq və birdən çox seçimim var. Tezliklə bu seçimlərin nədən ibarət olduğunu danışmağa başlayacayıq”.