F.Morbidelli: Yamaha-da yarımçıq qalmış işim var

Yamaha komandasının sürücüsü Franko Morbidelli bildirib ki, Yamaha-da yarımçıq qalmış işi var.

F-1.az xatırladır ki, italiyalı sürücü 2020-ci ildə mövsümü ikinci yerdə bitirsə də, sonradan dizindən zədə almış və karyerasında bundan sonra geriləmə başlamışdı. O, keçən il komanda Kuartaroya böyük fərqlə uduzmuş və tənqidlərin hədəfinə çevrilmişdi.

Franko bu il daha qənaətbəxş nəticələr qazansa da, bəzi dedi-qodulara görə Yamaha onun əvəzinə Xorxe Martini gətirmək istəyir. Xorxedən başqa Topraq Rasqatlıoğlunun adı da Yamaha ilə hallanır. Morbidellinin müqaviləsinin bu il başa çatması bu dedi-qoduları daha da gücləndirir.

Franko Morbidelli: “Yamaha-da qalmaqdan məmnun olaram, çünki burada yarışmaqdan həzz alıram. Komandadakı hər kəslə yaxşı yola gedirəm və burada yarımçıq qalmış işim var, çünki istədiyim uğurları qazana bilmədim. Bu barədə danışmağa başlamışıq.

Yamaha-ya inanıram, çünki hamımız nəyin çatışmadığını bilirik. Mən də potensialımızın fərqindəyəm. Məni ümidləndirən budur, çünki əvvəlki motosikletin çox yaxşı tərəfləri var idi. Əlimizdən gələnin yaxşısını etsək, Yamaha M1 yenə də ən yaxşı motosikletlərdən biri olacaq.

Heyif ki, indi uğur qazana bilmirik, amma özümə inanıram. Bu mənim genlərimdə var. Komandada hamı uğur qazanmaq istəyir.

Yamaha-nın mənə olan güvəninə gəldikdə isə, bunu onlardan soruşun. Məncə, bu il komanda yoldaşım Kuartararodan daha yaxşı performans göstərirəm. Keçən il zəif olsam da, bu il ona meydan oxuyuram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*