F.Morbidelli: Ümid edirəm hər şey tezliklə bilinər

Yamaha komandasının sürücüsü Franko Morbidelli bildirib ki, hazırkı vəziyyətləri vecinə deyil.

F-1.az xatırladır ki, Yamaha komandası son iki mövsümdə geriləməkdədir. Nəinki Yamaha, digər yapon istehsalçısı Honda da sükut dövrünü yaşayır.

Düzdür, Honda LCR komandasının sürücüsü Aleks Rinslə qələbə, Yamaha isə Fabio Kuartararo ilə podium qazanıb, amma bu iki komandanın çempionluğa oynaya bilməməsi uğursuzluq sayılır.

Yamaha hazırda istehsalçılar çempionatında sonuncu yerdədir. Honda isə onlardan yeddi xal qabaqdadır. Yəni ki, hər iki komanda üçün təhlükəli anlar yaxınlaşıb.

Franko Morbidelli: “Bu hadisələrə kənardan baxanda qəribə görünə bilər, amma daxildən baxanda bu hal təəccübləndirmir. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edirik. Tamamilə bu işə fokuslanmışıq.

Yamaha-nı çempionatın zirzəmisində görmək məni qorxutmur. Bir sürücü olaraq daha yaxşı iş görməyə, stabil və sürətli olmağa, maksimuma çatmağa və limitləri tapmağa daha çox köklənmişəm. Hazırda çox motivasiyalıyam.

İstehsalçılar çempionatında sonuncu olsaq da, komandalar çempionatında altıncı yerdəyik. Bu isə o deməkdir ki, hər iki sürücü də yaxşı çıxış edir və yaxşı xallar qazanır. Ancaq motosiklet inkişaf etməlidir”.

Morbidellinin Yamahadakı gələcəyi hələ də müəmmalıdır. İtaliyalı sürücünün VR46 komandasına keçidi barədə dedi-qodular yayılıb.

Franko Morbidelli: “Britaniya Qran Prisində gələcəyimin məlum olacağını düşünürəm. Ümid edirəm ki, yay tətilindən sonra çox şey barədə məlumatım olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*