F-1.az xatırladır ki, italiyalı sürücü keçən il 42 xal toplayaraq, mövsümü 19-cu yerdə bağlamışdı. Lakin Yamaha bu ilə tamamilə yeni motosiklet və rəng çaları ilə başlayacaq.
Franko Morbidelli: “Bu gün yeni rəng çaları ilə yeni mövsümə başlayırıq. Hər şey sıfırlandı və bu bu mövsüm hər şey mümkündür. Həyəcanlıyam.
2022-ci ili yaxşı hisslərlə başa vurduq. Qış testlərində yaxşı işləməliyik. Beləliklə, martda Portuqaliyada yaxşı başlanğıc edə bilərik.
Bu il yeni sprint formatı olacaü. Buna öyrəşmək üçün sürücülərə və komandara vaxt lazımdır. Lakin bunu müsbətyönlü dəyişiklik kimi görürəm, çünki azarkeşlər bunu bəyənəcəklər”.