F-1.az xatırladır ki, italiyalı sürücü 2020-ci ildə çempionatı 3 qələbə ilə ikinci yerdə bitirmiş və diqqətləri cəlb etmişdi. Lakin o, iki ildir ki, formasından uzaqdır.
2021-ci ilin ilk yarısında dizindən zədələnən Franko beş yarışı buraxdıqdan sonra Yamaha-dan göndərilən Vinyalesi əvəzləmişdi. Lakin komandada 1.5 mövsüm keçirməsinə baxmayaraq, o hələ də gözləntiləri qarşılaya bilməyib və sadəcə iki dəfə onluğa düşə bilib. Uzun spzün qısası, bu mövsüm Morbidelli üçün son şans olacaq.
Franko Morbidelli: “Çətinliklər insanı gücləndirir və düşünürəm ki. 2020-ci ilə nisbətən daha güclü sürücüyəm. Son illərdə həyatımda ciddi dəyişikliklər oldu. Motosiklet dəyişdirdim, komanda dəyişdirdim, işlədiyim adamları dəyişdirdim. Bütün bu hadisələr sağalma prosesimi ləngitdi.
Heç kim sizin yaşadığınız çətinliklərə fikir vermir. Sözün açığı heç vecimə də deyil. İnsanlar sizə özünüz və ya yaxınlarınız kimi yanaşmayacaq. Sadəcə nələr baş verdiyini görəcəklər”.