F-1.az xatırladır ki, italiyalı sürücü çətin dövrlər yaşadıqdan sonra Argentinada köhnə günlərini xatırladıb. O, yarışı 4-cü bitirərək, fanatlarını sevindirib.
Franko Morbidelli: “Uzun müddətdən sonra yaxşı həftəsonu keçirdik və çox xoşbəxtəm. Dəyişən hava şəraitində sürətli idik. Həm quru havada, həm də quruyan asfaltda… Ancaq bu tempimizi növbəti yarışlarda da davam etdirməliyik. Eyforiyaya qapılmıram. MotoGP-də düşmək də, yüksəlmək də çox asandır. Ostin yarışını səbirsizliklə gözləyirəm”.