F-1.az xatırladır ki, Rosberq yarışdan əvvəlki bütün seanslarda lider idi, amma yarışa pis start verdi və finiş xəttini 4-cü yerdə keçdi.
Frank Montanyi: “Məncə, Rosberq çempionluğu əldən verdi. O yay tətilindən həzz ala bilməyəcək. Həll yolları axtaracaq və mühəndisləri ilə söhbət edəcək. Dincələ bilməyəcək. Həmilton isə bu tətildən sonra üstünlüyünü artıra bilər”.