F.Massanın qəzasının səbəbi DRS olub

Williams komandasını Kanada QP-nin 1-ci sərbəst yürüşlərində Felipe Massanın yaşadığı qəzanın səbəbinin DRS olduğunu açıqlayıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü birinci döngəyə gələndə, əylənmə zonasında bolidinin idarəetməsini itirərək, yerində fırlanmışdı və tras xaricinə çıxmışdı. Massa birinci döngədə qoyulan təkər bariyerlərə sərt şəkildə çırpılmış və bolidin arxa tərəfində ciddi zədələr əmələ gəlmişdi.

Qəzanın təkrarına baxsaq, görərik ki, Massa DRS-i bağladıqdan sonra bolidinin idarəetməsini itirir. Braziliyalı sürücü qəzadan sonra radio vasitəsilə “DRS-i bağladıqdan sonra əyləcə basdım və arxa tərəf tamamilə itdi” demişdi.

Williams komandasının mexanikləri qəzadan sonra bolidi təhlil ediblər və qəzanın səbəbinin DRS olduğunu bildiriblər. Bunun yenidən təkrarlanmaması üçün problemin üzərində işləməyə başlayıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*