F.Massanın bloqu: Təkərlərlə birgə əriyən ümidlər

Williams komandasının sürücüsü son bloqunda Çin QP barərə danışıb. F-1.az saytı olaraq sizə bu yazını tərcümə edirik.

Felipe Massa: “Williams komandası Melburnda gözəl həftəsonu keçirdikdən sonra Şanxaya gəldi. Çində də eyni tempda davam etmək ümidim var idi və sıralanma turu bu ümidimi gücləndirmişdi. Altıncı yer bizim üçün ən yaxşı nəticə idi və üçüncü cərgədən başlamaq həmişə yaxşı olub.

Sonuncu sərbəst yürüşlərdə də yarış tempində cəsarətverici nəticələr almışdıq. Yəni ki, yarışdan əvvəl müsbətyönümlü düşünə bilirdik.

Amma heyif ki, işlər istədiyimiz kimi getmədi. Startdan əvvəl trasdakı vəziyyət çox pis idi. Yarışın əvvəlində bolidi idarə etmək çətin idi. Antonio Covinatsinin qəzasından sonra başlayan təhlükəsizlik avtomobili rejimində Soft təkərləri götürdük və ümid edirdik ki, vəziyyətimiz düzələr. Amma alınmadı. Təhlükəsizlik avtomobilinin arxasında gedərkən asfaltla ilişmənin zəif olduğunu gördük. Daha sonra bolidin çox sürüşdüyünü hiss etdim. Bir neçə dövrə bu cür problem yaşadıqdan sonra komandadan SuperSoft təkərlərə keçə biləcəyimiz barədə soruşdum. Bu isə üçüncü pit-stop demək idi. Bu pitdən sonra bir neçə yer qazanıb, onluğa geri qayıtdım. Amma təkərlər qısa müddət ərzində əriməyə başladılar. Xüsusən də, ön sol təkər. Beləliklə, xal almaq fürsətini itirdim.

Çətin yarış idi. Bəzən 7 saniyə yavaş qalırdıq və bu da problemlərin olduğunu göstərir. Yarışdan sonra məlumatlara baxdıq və təkərlərlə bağlı problemlərə cavablar axtarmağa başladıq.

Uzun sözün qısası, Çin yarışı unudulmalıdır. İndi Bəhreynə fokuslanmalıyıq. Bu trası sevirəm və karyeramda böyük rolu var. Gözləntilərimiz yüksəkdir. Şanxaydakı sıralanma turu Melburndakı tempimizin təsadüf olmadığını göstərdi.

Şanxayda Red Bull podiuma yüksəlsə də, qələbə üçün çatışmayan cəhətlərinin çox olduğunu düşünürəm. Hazırda aramızdakı fərqin bağlanması real görünməsə də, 1-2 yarışa onlara çata bilərik. Biz özümüzə inanmalı və Saxir trasından yaxşı nəticələr gözləməliyik. Əminəm ki, Bəhreyn Çin kimi soyuq olmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*