F.Massanın bloqu: “Peresin aqressivliyi mənə kömək etdi”

Williams komandasının sürücüsü Motorsport.com saytında növbəti bloq yazısını yayımlayıb və çətinliklərə baxmayaraq, xal qazandıqları Monako Qran-Prisindən danışıb. F-1.az olaraq bu yazını oxucularımıza çatdırırıq.

Felipe Massa: “Fərqli Monako Qran Prisi olacağına ümid edirdim. İkinci evim olan Monakoda təcrübələrimə görə yüksək nəticələr gözləyirdim. Amma realda işlər Williams komandasının gözlədiyi kimi getmədi. Həftəsonunu xallarla bitirsək də, daha yaxşı nəticə mümkünsüz idi. Cümə axşamından əvvəl başa düşdüm ki, bizim üçün çətin həftəsonu olacaq. Sıralanma turu isə gözlədiyimizdən daha qarışıq keçdi və ikinci sessiyadakı ilk cəhdimdə səhv etdim. Pitə qayıdıb təzə təkərlərlə trasa qayıtsam da, sarı bayraqlar mənə təsir etdi. Beləliklə, son cəhdimi yarıda saxlamalı oldum. Amma o dövrəni ata bilsəydim də, 7-ci cərgədən 1-2 yer yuxarıda olardım. Daha yaxşı nəticə mümkünsüz idi.

Sıralanma turundan sonra ağlımda bir hədəf var idi – yarışı bitirmək. Monako trasını yaxşı tanıyıram və bilirəm ki, öndəki rəqibiniz səhv etməsə, ötmə etmək mümkün deyil.

78 dövrənin hamısını tamamlaya bilsəniz, öndəkilərin mübarizəni dayandırması ilə yaxşı yerlər tuta bilərsiniz. Amma yarışın əvvəlində əyləclə bağlı problemlərim var idi. Buna görə də, əyləcləri sərt istifadə edə bilmədim, çünki onları həddən artıq qızdıra bilməzdim. Amma bəxtim orda gətirdi ki, ötmə etmək çətindir və buna görə də əyləclər problemli olsa da, müdafiə oluna bildim. Paskal Verlyaynın qəzasından sonra pitə girdim və təzə təkərlər götürdüm. Bu əsnada yer itirmədim və Peres də bizim taktikanı təkrarladı. Buna görə də son dövrələrdə şərtlər bizim üçün bərabər idi. Hər ikimizin də performansı eyni idi.

Serxio önümdə çox aqressiv idi. Rascasse döngəsində Kvyata hücum edərkən, təmas etdi və mən də hər ikisini rahatlıqla geridə buraxaraq, 9-cu yerə yüksəldim. Monte Karloda bəxtimiz gətirdi. Buna görə də yarışın əvvəlindən gözləmə mövqeyinə keçdim. Bizim üçün çətin keçən Monako yarışından sonra özümə güvəndiyimiz Monreal yarışına hazırlaşacağıq. Növbəti yarışlar bizim bolidimiz üçün əlverişlidir.

Ferrari sonuncu dəfə Monakoda 2008-ci ildə mənimlə poul qazanmışdı. Bu il Monakoda pouldan start aldılar. Kimi yaxşı bir dövrə vurdu və yenidən poul qazandığı üçün sevincliyəm. Ferrari bolidi Monakoda ən güclü bolid idi. Bolid üzərindən görüntülərə baxanda, asfaltla ilişmənin mükəmməl olduğunu görürük. Hər yarışda Ferrari rəqibi Mercedes-lə daha yaxşı mübarizə aparır. Bu mübarizənin mövsümün sonuna qədər davam etməsini istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*