F.Massanın bloqu: “Belçikadakı cəza pis təsir etdi”

Williams komandasının sürücüsü Felipe Massa Motorsport.com saytı üçün növbəti bloquu yazıb və Belçika yarışını dəyərləndirib. Braziliyalı sürücü bloqunda bildirib ki, sarı bayraqlara riayət etmədiyi üçün aldığı cəza onun yarışına mənfi təsir göstərib. F-1.az olaraq bu yazını sizə təqdim edirik.

12 ay əvvəl bu vaxtı təqaüdə çıxacağımı bildirəcəyim İtaliya Qran Prisinə hazırlanırdım. Amma bu il normal yarışa hazırlanıram. Montsaya gələndə məndə xüsusi bir hiss yaranır. İtaliya mənim ikinci ev yarışımdır. Həm aşağı seriyalarda, həm də Formula1-də italyan fanlar məni çox dəstəklədi. Beynəlxalq yarışlara qoşulmaq üçün Braziliyadan ayrılanda Montsada yarışdan sonra insanların altına axışıb gəldiyi podiuma yüksəlməyi xəyal etmişdim.

Formula1-də həmişə uğurlu və daimi üçlükdə olmağı istəyərsiniz, amma son 4 yarışda sıralanma turunda çox problem yaşadıq. Çətinliklər Avstriyada başladı və bu problemlər nə Silverstounda nə Macarıstanda nə də Belçikada düzəlmədi. Bu saf sürət problemidir və hələ də problemin səbəbini bilmirik.

Belçikada yarışı 8-ci yerdə bitirdim. Həm mən, həm də komanda bunu qələbə kimi qeyd etdi. Xüsusən də, əsas rəqiblərimiz Renault, Force İndia və Haas-dan sürət cəhətdən gerida qaldığımız həftəsonunda… Dördüncü yeri tutmaq üçün çox işləməliyik. Məncə, son yarışlarda geridə qalmağımızın birdən çox səbəbi var. Avstriyadakı yeniliklərimiz bizi istədiyimiz kimi sürətləndirmədi. Əsas rəqiblərimiz isə böyük addımlar atdılar.

Belçika Qran Prisi mənim üçün asan keçmədi. Baş hərlənməsi probleminə görə Macarıstandakı yarışda iştirak etmədikdən sonra Spa-da yenidən qayıtdım və heç nə yaxşı başlamadı.

Boliddə özümü yaxşı hiss etmək üçün tələsirdim. Bir səhv etdim və ilk dövrəmdə baryerlərə çırpıldım. Bunu qətiliklə istəmirdik, çünki bolidi təmir etmək üçün çox iş görülməli idi. Bundan başqa iş proqramımıza da təsir etdi. Bundan başqa çox adam bu səhvimi Macarıstandakı problemimə bağladı. Bu tamamilə səhv idi və əsəbləşdim. Sadəcə bəsit səhv etmişdim. Şənbə günü trasa çıxanda hamı sakitləşdi və göstərdim ki, yaxşı işlər görə bilərəm.

Spa-dan 4 xalla ayrıldım, amma sarı bayraqlara riayət etmədiyim üçün verilən cəza pis oldu. O anda yarış tempində sürüşümü tamamlamışdım və sürətlə getməyə ehtiyac yox idi. Buna görə də komanda mənə dedi ki, bolid təhlükəli yerdə deyil və bir dənə sarı bayraq var. Amma sonradan gördüm ki, cüt sarı bayraqlar var. Bu sektorda ən sürətli zamandan 0.4 saniyə geridə idim. Tək sarı bayraq olsaydı, fərqli davranardım, amma cüt sarı bayraq olduğu üçün sürətim çox idi. Stüardla məni yanlarına çağırdılar. Komanda ilə olan radio danışıqları dinləsələr də, startda 5 yer itirmək və 3 cəza xalı verdilər. Bu cəza məncə, çox idi. Bu səhv mənim deyildi və keçmişdə daha təhlükəli hallarda daha az cəzalar verilmişdi. Formula1-dəki təhlükəsizlik mövzusuna həmişə riayət etmişəm. Lisenziyasında ən az cəza xalı olan sürücülərdənəm, amma stüardları razı sala bilmədim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*