F-1.az xatırladır ki, braziliyalı sürücü mövsümü 43 xalla 10-cu yerdə bitirib.
Rob Smedli: “Necə bitirdiyinə baxın. Karyerasını yüksək səviyyədə bitirdi. Paddokda 16 il keçirdi. Bəzən Dünya Çempionu olmağa yaxınlaşdı. Ona verilən bolidi son həddə qədər istifadə edib rəqabətədavamlı oldu. Komandaya uğurlar qazandırmaq və xallar qazandırmaq, sıralanma turlarında mükəmməl dövrələr atmaq – bundan yaxşı bitirmək? O, çox populyardır və bu da onun üçün meyardır”.