F.Massa: “Yeni sıralanma formatı xaos yaradacaq”

Yeni sıralanma formatı geniş miqyasda müzakirə olunur və bununla razılaşanlar olduğu qədər, narazı olanlar da kifayət qədərdir.

F-1.az bir neçə gün əvvəl sıralanma turunun qaydasının dəyişməsi ilə bağlı xəbər vermişdi. Yeni qaydaya görə, hansısa bir zaman kəsiyində nəticəsi ən pis olan sürücü trası tərk edəcək və növbəsinə uyğun sabahkı yarışın startında yer alacaq

Felipe Massa yeni qaydanın xaos yaradacağı barədə xəbərdarlıq edir: “Bunu bəyəndim ya bəyənmədim – bilmirəm. Hər zaman yeni qaydaları anlamaq üçün bir qədər düşünmək lazım olur. Anladığım yeganə şey odur ki, xaos yaratmaq istəyirlər və bu, mütləq olacaq. Bundan əminəm. İrəlidə olan maşınlara problemlər yarada bilərlər və onlar da arxalardan başlamalı olarlar. Bu siz media işçiləri üçün maraqlı ola bilər, amma bunun pis və ya yaxşı olacağını hələ bilmirəm.

Ən vacib olan azarkeşlərin mübarizə və keçidlər görmək istəməsidir. Onlar ancaq bir maşının yarış qazanmasını istəmirlər. Bunu düzəltmək rahat deyil. Bundan başqa, mühərriklərin səsinin çox olmasını istəyirlər, amma bu da indi edilməsi ən çətin olan şeylərdən biridir…”

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*