F.Massa yeni müqavilə üçün danışıqlara başlamağa hazırlaşır

Felipe Massa 2017-ci il mövsümündə Williams-da yarışmaq üçün danışıqlara başladığını bildirib.

F-1.az xatırladır ki, Massanın Williams ilə olan müqaviləsi bitir. Braziliyalı bu il 6 yarışın hamısından da xal almış yeganə sürücüdür və çempionatda 7-ci yerdədir. Hazırda Massa komanda yoldaşı Bottası 8 xal qabaqlayır.

Jurnalistlər Massadan danışıqların başlayıb-başlamadığı barədə soruşublar: “Bəli, əlbəttə, hazırda bunun üstündə işləyirik. Nələr olacağını görəcəyik. Mən nə danışdığımı bilən sürücünün komandalar üçün daha vacib olacağına inanıram. Onlar hansı sahələrdə inkişaf edəcəklərini bilirlər və düzünü danışsaq, son illərdə bunun üçün onlara kömək etmişəm.

Bu komandanın inkişafının bir hissəsi mənim fikirlərim, təcrübəm və bolidin daha güclü olmağı üçün göstərdiyim kömək hesabına oldu və son iki ildə bu işlərin bəhrəsini gördük”.

Bottas isə bildirib ki, danışıqlara başlamaq üçün hələ tezdir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*