F.Massa yarışlara qayıda bilər?

Niko Rosberqin istefasından sonra Mercedes komandasında onu əvəzləyə biləcək sürücülərin siyahısında cəmi 3 nəfər qalsa da, digər komandalarda da maraqlı yerdəyişmələr gözlənilir.

F-1.az artıq xəbər vermişdi ki, Mercedes komandası Valtteri Bottasla ciddi maraqlanır, amma Williams komandası üçün finlandiyalı sürücünü buraxmaq elə də asan deyil. Çünki gələn il Bottasın komanda yoldaşı debütant Ləns Stroll olacaq və bu halda kanadalı sürücüyə mütləq təcrübəli sürücü ilə yoldaşlıq etməsi lazımdır.

Bu yerdəyişmədə həlledici rolu Felipe Massa oynaya bilər. Braziliyalı sürücü Formula1-də karyerasını başa vurduğunu elan edib, amma Fransada dərc olunan L’Equipe qəzetinin yazdığına görə, Williams komandası sürücüdən birmövsümlük qayıtmasını xahiş edib və danışıqlar artıq qurtarmaq üzrədir.

Əgər Massa komandanın təklifini qəbul edərsə, onda Williams komandası Bottası çempion komandaya buraxmaqla Mercedes motorlarına 10 milyon avro güzəşt əldə edə bilər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*