F.Massa yarışın startında 5 yer itirəcək

Felipe Massa üçüncü sərbəst yürüşlərdə sarı bayraqlarda yetərincə yavaşlamadığı üçün yarışın startında 5 yer itirəcək.

F-1.az xatırladır ki, braziliyalı sürücü Macarıstan yarışında başı hərləndiyi üçün iştirak edə bilməmişdi. Lakin 36 yaşlı sürücü Belçika yarışından əvvəl FİA-nın tibbi müayinəsindən uğurla keçə bilib.

Massa birinci sərbəst yürüşlərdə etdiyi qəzadan sonra şassi dəyişdirilmiş və buna görə də ikinci sərbəst yürüşlərdə iştirak edə bilməmişdi. Amma təcrübəli sürücü üçüncü sərbəst yürüşlərdə sarı bayraqlarda sürətini azaltmadığı üçün stüardlar ona startda 5 yer itirmək cəzası veriblər. Bundan başqa, Massa 3 cəza balı alıb.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*