F-1.az xatırladır ki, yarışın əvvəlində Fettellə mübarizə aparan braziliyalı sürücü daha sonra asılqanla bağlı problem yaşayaraq, düzlüklərdə geriyə düşməyə başlamışdı. Beləliklə, 36 yaşlı sürücü bu problemə görə yarışı dayandırarkən, 18 yaşlı komanda yoldaşı Ləns Stroll Bakıda karyerasının ilk podiumunu əldə etmişdi.
Felipe Massa: “Məyusam. Yarış mənim üçün mükəmməl gedirdi. Start, ötmələr, temp… Hər şey mükəmməl idi. Restart verildikdən sonra bolid düzlüklərdə titrəməyə başladı və yavaşladım. rəqiblərim məni asanlıqla keçirdi. Döngəyə də girə bilmirdim. Çünki titrəmə çox idi. Hər iki bolidlə podium şansımız var idi. Bəlkə yarışı qazana da bilərdik”.