F-1.az xatırladır ki, braziliyalı sürücü keçən ilin sonunda təqaüdə çıxdığını açıqlasa da, Bottasın Mercedes-ə transferindən sonra yenidən Williams komandası ilə idmana qayıtmışdı.
Felipe Massa: “2018-ci il üçün ən əlverişli komanda Williams-dır. Digər komandalara keçməkdənsə, karyeramı bitirərəm. Təbii ki, qəti danışmaq üçün tezdir. Nə qərar verəcəyimi bilmirəm. Həm də Williams-ın məni komandada istəyib-istəmədiyinə əmin deyiləm. Danışıqlar davam edir və ortaq məxrəcə gələ bilməmişik. Bu komanda həmişə mənə dəstək olub və nə qərar verirlərsə, versinlər xoşbəxt olacam. Növbəti yarışlarda əlimdən gələni edərək, komandanı 5-ci pilləyə yüksəltməyə çalışacam. Orta qrupda çətin rəqiblər var, amma tempimiz yaxşıdır”.