F-1.az xatırladır ki, Monakoda çıxan söz-söhbətlərə əsasən, Williams komandası 2017-ci il üçün Censon Batton və ya Daniil Kvyatı transfer etmək istəyir. Williams komandasının hazırkı sürücüləri Valtteri Bottas və Felipe Massanın müqaviləsi ilin sonunda başa çatır və hələ də yeni müqavilə barədə heç bir söhbət olmayıb.
Felipe Massa: “Monako yarışından sonra bəzi şeylər barədə danışmağa başlayırsınız. Komandalar və sürücülər növbəti mövsüm üzərində işləməyə başlayırlar. Nə olacağını indidən başa düşə bilirəm, ancaq hələ də nə olacağını bilmirəm.
Hədəfim odur ki, bir neçə il daha rəqabətədavamlı komandada mübarizə aparım. Mümkünsüz bir şey deyil. Müqaviləniz bitirsə, doğru yolu tapmalısınız. Williams-da davam edə bilərəm, amma digər komandalar ilə də danışıqlar apara bilərəm.
Görək sürücü bazarında nələr baş verir”.