F.Massa: “Ümid edirəm ki, İnterlaqos təqvimdə qalar”

Felipe Massa ümid edir ki, Braziliya QP Berni Ekklstoun ilə olan problemləri həll edib, 2017-ci ildə də təqvimdə qalacaq.

F-1.az xatırladır ki, İnterlaqosun gələcəyi müəmmalı olaraq qalır və Berni Ekklstoun keçən həftə trasın təqvimdən çıxarıla biləcəyini demişdi. Formula1-in rəhbəri bildirmişdi ki, Braziliyada Olimpiya oyunlarına və futbol üzrə Dünya Çempionatına çoxlu pul xərclənib və bu, Formula1-ə təsir edib.

Felipa Massa
: “Hamımız Berninin necə adam olduğunu bilirik. Əgər ödəniş, müqavilə və başqa şeylərlə bağlı problem varsa, o zaman təzyiq göstərir. Hazırda Braziliyada maliyyə böhranı var. Buna görə də yarışın gələcəyi müəmmalıdır. Ümid edirəm ki, bunu həll edib hər şeyi normal vəziyyətinə qaytararlar”.

Massa gələn ildən təqaüdə çıxır və peletonda sadəcə bir braziliyalı sürücü qalır. Felipe Nasrın da idmandakı gələcəyi müəmmalıdır.

Felipe Massa: “Təbİi ki, bu, Braziliya üçün pis vəziyyətdir. Braziliyalılar çempionatdakı həmyerlilərini dəstəkləyirlər. Gələn il burada bir braziliyalı sürücü olmasa, yerli F1 fanları üçün yaxşı olmaz. Ümid edirəm ki, Nasr da Braziliya QP ilə birlikdə Formula1-də qalar”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*