F-1.az xəbər verir ki, Felipe Massa üzləşdikləri problemlərə görə testlərdən razı qalmadığın bildirib: “Testlərin son günü məni qane etmədi. Səhər aerodinamika sahəsində işlər gördük. Gün ərzində daha çox şey etmək istəyirdik, amma olmadı”.
Rod Nelson: “Bizim üçün çətin gün oldu. Səhər seansında hər şey qaydasında gedirdi. Təəssüflər olsun ki, nahardan sonra belə olmadı. Amma bu problemi həll etmək üçün kifayət qədər vaxtımız var. Problemi növbəti həftəyə qədər həll edəcəyik”.