F.Massa təkərlərdən narazıdır

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Pirelli Barselonaya sərt tərkiblər gətirməklə səhv seçim edib.

F-1.az xatırladır ki, reqlament dəyişikliyinə görə komandalar mövsümün ilk 5 yarışında istifadə edəcəkləri təkər dəstlərinin sayını seçməkdən azad olunmuşdular. Mövsümdə sonuncu dəfə dəst seçimini Pirelli reallaşdırıb və hər bir sürücüyə İspaniyada 2 dəst Hard, 4 dəst Medium və 7 dəst Soft veriləcək. Ehtimal olunan strategiya yarışda iki pit-stopun keçirilməsidir…

Felipe Massa: “Sözün açığı, Hard təkərlərin gətirildiyini eşidəndə bunun zarafat olduğunu düşündüm. Bu təkərlərdən birinci sərbəst yürüşlərdən sonra heç kim istifadə etməyəcək. Medium təkərlər də buraya gətirilməməli idi. Hamı Soft təkərlərlə yarışı bitirəcəyi halda, bu qədər Hard təkərin buraya gətirilməsinin nə manası var idi? Buraya SuperSoft və ya UltraSoft təkərlər gətirilməli idi. Bunun hesabına rəqabət və strategiya ön plana çıxa bilərdi. İndi görək necə olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*