F-1.az xatırladır ki, braziliyalı sürücü 2006-cı ildə Şumaxerlə komanda yoldaşı olmuşdu.
Felipe Massa: “Şumaxerlə çox yaxın idik. O hər cəhətdən mənim ustadım idi. Əlbəttə, həmişə ondan öndə olmaq istədim, amma ona həmişə ideal kimi baxdım. Deyəsən, bu “mən də sənin kimi olmaq istəyirəm” mənasına gəlirdi. O, mənə kömək etmək istədiyi balaca uşaq kimi baxırdı. Digər komanda yoldaşlarıma nisbətən münasibətimiz fərqli idi. Onsuz da, belə düşündüyüm üçün təqaüdə çıxdığımı Montsada açıqladım.
Kimi Ferrari-yə gəlməmişdən iki il əvvəl komanda ilə müqavilə imzalamışdı. Ferrari-də qalmağımın tək yolu Mixaelin təqaüdə çıxması idi. O da elə etdi. 2006-cı ildə Montsada təqaüdə çıxacağını açıqladı. Böyük ehtimalla yorulmuşdu və ya mənim yaxşı performans göstərəcəyimə inanırdı. Buna görə qalmağım üçün mənə şans verəcəkdi. Səbəbini bilməsəm də, 10 il sonra Montsada mən də eynisini etdim”.