F-1.az xatırladır ki, Şumaxer 2006-cı ildə güclü mövsüm keçirsə də, mövsümün sonunda təqaüdə çıxmışdı.
Ferrari 2007-ci il üçün Rəykkönen ilə müqavilə bağlamışdı və Şumaxer komandada qalsaydı, Massa getməli idi. Amma Şumaxer təqaüdə çıxdığını açıqlamışdı və Ferrari 2007-ci ildə Massa və Rəykkönen cütü ilə yarışmışdı.
Felipe Massa etiraf edib ki, Şumaxer könüllü olaraq təqaüdə çıxmışdı: “Əlbəttə, bu, onun qərarı idi, amma mənə bir şans vermək istədiyini bilirəm. Mixael əvvəl mənə kifayət qədər soyuq yanaşırdı, amma tədircən biz mehribanlaşdıq və sonda o, mənə böyük qardaş kimi yaxın oldu. Onunla işlədiyim üçün özümlə fəxr edirəm”.