F.Massa: “Strollun Monakoda işi çətin olacaq”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, həm komanda yoldaşı, həm də şagirdi Ləns Strollun Monakoda işi çətin olacaq.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü bərbad keçirdiyi qış testlərindən sonra mövsümün ilk 3 yarışında damalı bayrağı görə bilməmişdi. Debütant sürücü sonrakı Rusiya və İspaniya yarışlarında finişə çatsa da, hələ xal qazana bilməyib.

Felipe Massa: “Monako böyük ehtimalla ən çətin trasdır. Təcrübəli sürücülər belə orada problemlər yaşayırlar. Bolidlər bu il daha enlidir, amma küçələr həmişəki kimi dardır. Monakoda yarışmaq Ləns üçün çətin olacaq. Amma mən ona kömək etmək üçün orada olacam. Monakoda bolidə düzgün sazlanma vermək çox vacibdir və mən öz sazlanmalarımı onunla bölüşəcəm. Əylənmə zonalarını düzgün təyin etmək də bir sənətdir. Mən də ilk Monako yarışımda çox çətinlik çəkmişdim. Davamlı divarlardan qaçırdım və yarışım birdən bitdi. Sürücülərin çoxu divara çırpılırdı. Təcrübəli sürücülər də bundan qaça bilmirdilər. Ləns öyrənməyə davam etməlidir. Hazırda işi çətindir, lakin mən də bunu yaşamışam. Debüt mövsümündə ondan çox şey istəyirlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*