F.Massa: “Strollun günahı yoxdur”

Williams komandasının təcrübəli sürücüsü Felipe Massa bildirib ki, 2017-ci ilin bolidləri Ləns Stroll kimi debütant sürücülərə çətinlik yaradacaqlar.

F-1.az xatırladır ki, 18 yaşlı Ləns Stroll iki dəfə testlərdə iştirak etmiş və ikisində də qəza etmişdi. Kanadalı sürücünün üzündən Williams komandası testlərdə lazımi qədər məsafə qət edə bilməyib.

Felipe Massa: “Keçən il yarışmağa başlasaydı, onun üçün daha asan olardı. Onda asfaltayatma qüvvəsi daha az idi və sürücülərin üzərinə düşən güc də az idi. İndiki halda hər ikisi də çoxalıb. Bu bolidi sürmək asan deyil. Gənc sürücü üçün uyğunlaşmaq çətindir. 18 yaşım olanda mən də eyni səhvləri edirdim. Ləns hələ gəncdir və önündə uzun illər var.

Keçən həftəki hadisələr onun günahı deyildi. Komandanın ehtiyat hissəsi az idi. Ehtiyat hissəmiz çox olsaydı, proqramımızı tamamlayardıq. Həmişə səhv etmək ehtimalı var. İkinci gün mən də tras xaricinə çıxdım, bir şey qırmamaq üçün dua etdim. Yaxşı idim, amma bir şey qırsaydım, hər şey pis olardı. Lənsi tənqid etməyə başlamamalıyıq. Ona özünə gəlməsi üçün vaxt verməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*