F.Massa: “Strolla müəllimlik edəcəm”

Felipe Massa komanda yoldaşı Ləns Strollun inkişaf edəcəyinə əmindir.

F-1.az xatırladır ki, kanadalı debütant qış testlərində ciddi səhvlər etmiş və Avstraliya QP-nin son məşqlərində də qəza edərək, yarışa son yerdən başlamalı olmuşdu.

Felipe Massa: “Onun hələ 18 yaşı var. Mən də o yaşda çoxlu səhvlər edirdim. Nəticədə zamana və təcrübəyə ehtiyac var. Çempionat ərzində özünü təkmilləşdirəcək. Sərbəst yürüşlərdəki qəzaya görə yaxşı başlanğıc edə bilmədi. Amma vaxta ehtiyacı var. Öyrənməsi üçün ona hər cür məlumatı verirəm. Onu tanıyanda 8 yaşı var idi. Buna görə də inkişafı üçün əlimdən gələni edəcəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*