F.Massa: “Son hissəyə qala bilməmək məyusedicidir”

Williams komandasının sürücüsü Felirpe Massa bildirib ki, sıralanma turunda son sessiyaya qala bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, braziliyalı sürücü Sepanqda sıralanma turunda 11-ci olub.

Felipe Massa: “Təbii ki, son sessiyaya qala bilmədiyim üçün məyusam. Bolidin balansından razıyam. Sessiyanın ilk hissəsi mükəmməl, amma ikinci hissə bərbad idi. İlk cəhdimdə trafikə düşdüm və vaxt itirdim. İkinci cəhdimdə isə ikinci döngədə problem yaşadım. Bütün bu kiçik problemlər son sessiyaya qalmağıma mane oldu. Ümid edirəm ki, yarışda daha yaxşısını edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*