F.Massa son dövrəsində səhv edibmiş

Sıralanma turunda 10-cu yeri tutan Felipe Massa bildirib ki, o son dövrəsində səhv edibmiş..

F-1.az xatırladır ki, braziliyalı sürücü son yarışlarda komanda yoldaşı Bottasdan geridə qalır və azarkeşlərini məyus edir. Almaniyadakı sıralanma turunda Bottas 8-ci, Massa 10-cu oldu.

Felipe Massa: “Bu gün Force İndia ilə mübarizə aparacağımızı bilirdik. Onlarla rəqabətdə idik. Atdığım dövrədən razıyam, amma 1-ci döngədə səhv etdim. Buna görə də vaxt itirdim. Əlimdən çox şey gəlmirdi. Bu səhvi etməsəm, 0.1 saniyə sürətli ola bilərdim. Bu bizi məyus etsə də, yarışda səhvimizi kompensə edə bilərik”.

Valtteri Bottas isə sıralanma turundan razı qalıb: “Komanda üçün yaxşı seans oldu. Gözlənildiyi kimi rəqiblərlə yaxın idik. Bolidin balansı əla idi. Təkərləri başa düşmüşdük. Öndəki rəqiblərə nisbətən asfaltla ilişməmiz daha azdır. və bu gün maksimumum almışıq. Son sessiyadakı dövrəmdə trafikə düşdüm və buna görə də vaxt itirdik. Bəlkə 7-ci ola bilərdim. Amma sıralanma turundan razı qaldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*