F-1.az xatırladır ki, braziliyalı sürücü Monakoda cümə axşamı sərbəst yürüşlərində 13-cü yeri tutub.
Felipe Massa: “Enli bolidlərlə Monakoda sürmək çox fərqli olacaq. Buna görə də bolidin ölçüsü ilə tras enliliyi arasında bir balans qurmalıyıq. Sözün açığı, buraya sıfırdan hazırlaşmalıyıq. Monakoda yarışlar çətin olsa da, sürücülər bundan həzz alırlar. Burada uğurlu nəticə almaq üçün sıralanma turundakı performans çox vacibdir. Ötmələr çətin olduğu üçün bacardığımız qədər yaxşı yer tutmalıyıq. Monako mənim ikinci evimdir və burada trasa çıxmaq üçün səbirsizlənirəm”.