Tədbir çərçivəsində bazar günü tamaşaçılar 1983-cü ilin Williams FW08C maşınının nümayiş yürüşünü də görəcəklər, maşını trasa komandanın hazırkı sürücüsü Felipe Massa çıxaracaq.
Bu maşının çox maraqlı bir tarixi var – 1983-cü ilin yayında Doninqton Parkda məhz bu maşının sükanı arxasında Ayrton Senna Formula1-də ilk testlərini keçirmişdi. Elə bu maşının sükanı arxasında həmin mövsümdə komandanın əsas sürücüsü Keke Rosberq Braziliyada poul, Monakoda isə qələbə qazanmışdı. Niko Rosberqin atası həmin mövsümü 5-ci yerdə başa vurmuşdu.
Nümayiş yürüşlərində 1996-cı ilin dünya çempionu Deymon Hill də iştirak edəcək – britaniyalı sürücü ona titul qazandıran Williams FW18-in sükanı arxasında oturacaq…