F-1.az xatırladır ki, Pəddi Lou son 3 mövsümü Mercedes-də keçirmiş və almanların hegemonluğunda böyük pay sahibi olmuşdu. Amma britaniyalı mütəxəssis bu ilin əvvəlində Mercedes-dən ayrılmış və Williams-la müqavilə bağlamışdı.
Felipe Massa: “Pəddinin karyerası barədə danışmaq yersizdir. O çox böyük mühəndisdir və indiyə qədər önəmli işlər görüb. Komandaya nə vaxt qoşulacağını bilmirəm. Sözün açığı, artıq martda onu komandada görməyi gözləyirəm. Gözləyib görəcəyik. Bircə onu bilirəm ki, komandaya çox böyük dəyər qatacaq. O ən yaxşılardan biridir və bizə zirvəyə qayıtmağa kömək edəcək”.