F-1.az xatırladır ki, Rosberq mövsümə fırtına kimi başlayaraq, ardıcıl 4 qələbə qazanmışdı. Amma daha sonra Həmilton geridönüş edərək, komanda yoldaşını turnir cədvəlində geri qoysa da, yay tətilindən sonra Rosberq bütün yarışları britaniyalı sürücünün önündə bitirib və hazırda Həmiltonu turnir cədvəlində 33 xal qabaqlayır.
Almaniyalı sürücü qalan 4 yarışı ikinci yerdə bitirsə, Həmiltonun qazandığı nəticələrdən asılı olmayaraq, Dünya Çempionu titulunu qazanacaq.
Massa bu barədə fikirlərini bildirib: “Niko Lyuisdən bu il daha güclüdür. O həm mənəvi cəhətdən, həm də performans cəhətdən güclü idi. Bu il çempion olmağa Həmiltondan daha çox layiqdir”.
Amma belə görünür ki, Formula1-in kommersiya direktoru Ekklstoun Rosberqin çempionluğuna sevinməyəcək: “Nikonun çempion olması özü və Mercedes üçün yaxşı olar. Çünki onun barəsində yazılacaq heç nə yoxdur”.