F-1.az xatırladır ki, braziliyalı sürücü testlərin 5-ci günündə 168 dövrə vurub və günü birinci yerdə bağlayıb.
Felipe Massa: “Bir gün itirmək heç vaxt yaxşı olmayıb. Dünən etdiyimizi keçən həftə də edə bilərdik. Amma alınmadı.
Ancaq dünən daha yaxşısını etdik. Bolidlə bağlı yaxşı hisslərimiz oldu və etibarlılığı təmin etdik. Bu çox vacibdir. Amma vaxt itirmək və bolidin etibarlılıq probleminə görə işləməməsi pis haldır. Hələ vaxtımız var. Amma əlimizdə detal yoxdur. Buna görə də əlimizdəkiləri qorumalıyıq. Dünənki kimi çıxış etməliyik. Bu, komanda üçün əla olacaq.
Dünən birinci olduq. Amma Mercedes də keçən həftə yaxşı nəticə əldə etdi. Mercedes-lə eyni səviyyədə olduğumuzu düşünmürəm. Podium uğrunda mübarizə apara bilsək, əla olar. Görək Avstraliyada nə edirik”.