F-1.az xatırladır ki, Massa mövsümün sonunda karyerasını bitirəcək və gələcəkdə nə edəcəyi hələ də məlum deyil. Braziliyalı Formula E, DTM və WEC seriyalarından bəzi komandalarla danışıqlar aparır.
Amma Massa bildirib ki, gələcəyi üçün tələsməyəcək: “Hər şey istədiyim kimi gedir və verdiyim qərara görə xoşbəxtəm. Bu barədə çox danışmaq istəmirəm. Karyeram barədə qərar verməyə tələsməyəcəm. Lazım olanda qərar verəcəm. Hazırda verdiyim qərardan həzz alıram.
Mənim üçün yarışın tipi vacibdir. DTM çox güclü seriyadır. Formula E və WEC-ə nisbətən daha rəqabətədavamlı seriyadır. Getdiyim yerdə yarışmaqdan həzz almaq istəyirəm”.