F.Massa: “Qələbə qazanmış kimi hiss edirəm”

Willliams komandasının sürücüsü Felipe Massa bildirib ki, Braziliyada 7-ci olduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, braziliyalı sürücü yarışın startında 9-cu yerdən 5-ci yerə yüksəlsə də, yarışın gedişində Rikkardo və Hamiltonun gerisinə düşərək 7-ci olub.

Felipe Massa: “Hisslərimi ifadə edə bilmirəm. İnanılmaz start idi. Alonsonu keçməyim vacib idi, çünki bilirdim ki, məndən sürətlidir. Daha sonra onu arxamda saxlaya bildim. Yarış bitəndən sonra kövrəldim. Mənim üçün çətin yarış idi. Qələbə qazandığım günləri xatırladım. Əvvəldən sona qədər gözəl yarışdım. Təkərləri qorudum. Bolidi ən yaxşı idarə edib tempimi qorudum. Bu, mənim üçün qələbəyə bərabər idi.

Fanların emosionallıqlarını görmək təəccüblü idi. Keçən il insanlar məni dəstəkləsə də, yarış istədiyim kimi getməmişdi. Bu il isə bacardım. Oğlumun komanda radiosundan mənimlə danışması isə çox xüsusi idi. Ailəmə və bütün dostlarıma təşəkkür edirəm. Bu yarışı unutmayacam. Hər şeyi bir yerdə yaşadıq. Gözəl günlər idi. 16 ildir məni dəstəklədiyiniz üçün hamınıza təşəkkür edirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*