F-1.az xatırladır ki, 2017-ci ildə Formula1-in texniki reqlamentində bəzi dəyişikliklər olmuş və bolidlərin idarəetməsi çətinləşmişdi.
Massa bildirib ki, 2009-2016-cı illərdəki bolidlərdə özünü nənə kimi hiss edirmiş: “2017-ci ilin bolidlərini yaxşı xatırlayacam. Onları sürəndə yaxşı özümü hiss edirdim. Bolidi sürərkən bütün fiziki çətinlikləri və yüklənməni hiss edə bilirsiniz. Əvvəlki illərdə bunu hiss edə bilmirdim. Sürətli dövrə vurmaq artıq sürücüdən asılıdır. Əvvəllər nənələr kimi sürüb uğur qazanmaq mümkün idi, amma artıq sürətli sürücülər fərqlərini göstərə bilirlər. 2017-ci ilin bolidləri ilə 2006-2008-ci ilin bolidləri arasında çox oxşarlıq var idi. Buna görə də idmandakı son mövsümümdən həzz aldım. Karyeramı bu bolidlərlə bitirdiyim üçün sevinirəm”.