F-1.az xatırladır ki, braziliyalı sürücü sıralanma turunda 15-ci yeri tutsa da, Alonsonun cəzasına görə yarışa 14-cü yerdən başlayacaq.
Felipe Massa: “Sıralanma turunun nəticəsi məni çox məyus etdi. Həmişə onluğa düşə bildiyimiz halda, bu dəfə 15-ci olduq. Məncə, traffikdən qaça bilərdik, amma bu, bizə son sessiyay qalmağa kömək etməyəcəkdi. Vaxtımız az idi və önümdə bir Toro Rosso gedirdi. Bolidimiz bu şəratidə sürətli deyildi. Məyusam. Ümid edirəm ki, daha yaxşı nəticə üçün mübarizə apararıq”.