F-1.az xatırladır ki, braziliyalı sürücü sentyabr ayında Formula1-dən gedəcəyini açıqlamışdı. Buna görə də, 35 yaşlı sürücü öz ölkəsindəki son yarışdan yaxşı nəticə almaq istəyirdi. Amma Massa sıralanma turunda son sessiyaya qala bilməyib.
Felipe Massa: “Doğrudan da, çox məyusam. İlk dövrədən sonra boliddən çox razı idim. İkinci dövrəmdə isə bolid arxadan sürüşməyə başladı və ilk dövrəmdəki balans itdi. Təkərlər də əvvəlki kimi işləməməyə başladı.
Son sessiyaya qala bilmədiyim üçün özümü pis hiss edirəm. Buraya məni dəstəkləmək üçün gələnlərə təşəkkür edirəm, Ümid edirəm ki, sabahkı yarışda onları xoşbəxt edəcək nəticə əldə edərəm.
Yağışın yağması bizim üçün yaxşı olar. Bu gün planımızda Force İndia ilə yarışmaq olsa da, bu baş tutmadı. Bu gün çox emosional idi, amma sabahkı günü heç vaxt unutmayacam”.