F-1.az xatırladır ki, monakolu sürücünün aktivində ilk 3 yarışdan sonra cəmi 6 xal var və bu, onun Ferrari-də ən pis startıdır.
Felipe Massa: “Ferrarinin problemi Lekler deyil, mətbuat onu tənqid edəndə səhvə yol verir. Birinci dövrədəki mübarizələrdə səhvlər, xüsusən də arxadan və zəif maşınla başlayanda olur. Bəhreyndə üçüncü yerdə idi və maşına görə xalsız qaldı. Buna görə də Lekler cərimə aldı və bu, Səudiyyə Ərəbistanındakı çıxışına təsir etdi”.