F-1.az xatırladır ki, “gümüşü oxlar” son 4 mövsümdə rahatlıqla çempion olsalar da, bu il Red Bull və Ferrari-nin onlara yaxınlaşacağı düşünülür.
Felipe Massa: “Üçlü rəqabət əla olardı. Amma, deyəsən, belə olmayacaq. Mövsümün əvvəlində çox söz deyilir, amma sonra hər şey fərqli olur. Builki testlərdə Mercedes heç nə göstərmədi. Mercedes yenə favoritdir. Həmilton və Bottas da razı görünürlər”.