F-1.az xatırladır ki, iki sürücü 2010-2013-cü illərdə komanda yoldaşı olmuş və Fernando Alonso bütün mövsümlərdə böyük fərqlə öndə olmuşdu.
Felipe Massa: “Alonso ilə yarışdığım illərdə onun komandada üstünlüyü var idi. Beləliklə, digər sürücü unudulurdu. Hər şey onun lehinə idi. İndiki dövrdə Ferrari sürücülərinə yarışmaqda sərbəstlik verib. Həm Karlos, həm də Şarl yarışa bilirlər. Hazırda orada balans daha yaxşıdır. Sürücülərə bərabər davranırlar”.