F.Massa: “Maksimum nəticə aldım”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, sıralanma turunda mümkün olan ən yaxşı nəticəni qazanıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü Çində sıralanma turunda Ferstappenin ikinci sessiyaya qala bilməməsindən maksimum istifadə edərək 6-cı yeri tutub.

Felipe Massa: “Məncə, sıralanma turu yaxşı keçdi. Bolidin balansı yaxşı idi və maksimum nəticəni qazandım. Hülkenberqi qabaqlamaq çox vacib idi. Yaxşı start ala bilsək, mümkün olan ən yaxşı nəticəni qazanarıq.

Sabah yağış ehtimalı var və bu hər şeyi dəyişdirə bilər. Buna görə də gözəl strategiya düşünməli və sabaha hazır olmalıyıq. Ümid edirəm ki, bizim üçün gözəl yarış olar və iki bolidlə də xal ala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*